27 Okt 2025

Kamerunun iqtisadi paytaxtı Duala şəhərində keçirilən etiraz aksiyası zamanı azı dörd nəfər həlak olub.
APA xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Etiraz aksiyası müxalifət tərəfindən təşkil edilib və iştirakçılar 12 oktyabr prezident seçkilərində öz namizədləri Bakari İssa Çiromanının qələbəsinin tanınmasını tələb ediblər.
Agentliyin məlumatına görə, aksiya zamanı atışma baş verib.
Rəsmilər hələlik hadisə ilə bağlı ölənlər və yaralananlar barədə rəsmi açıqlama verməyiblər.