• 12 °C
|

Kavelaşvili Ərdoğana başsağlığı verib

11 Noyabr 2025
img

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili təyyarə qəzası ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

APA-nın yerli bürosu xəbər verir ki, o, “X” hesabında dəhşətli faciənin Gürcüstana böyük kədər gətirdiyini bildirib.

"Bu ağrılı və çətin anlarda Türkiyə xalqı ilə sarsılmaz həmrəyliyimizi ifadə edirik", – Kavelaşvili yazıb.