02 Okt 2026

Kişinyov beynəlxalq hava limanında mina təhlükəsi ilə əlaqədar həyəcan siqnalı elan edilib.
Moldova mediasının xəbərinə görə, sərhəd polisi sərnişinləri və işçiləri dərhal təxliyə edib.
Daxili İşlər Nazirliyinin ixtisaslaşdırılmış bölmələri hadisə yerinə göndərilib.
Uçuşların qeydiyyatı müvəqqəti dayandırılıb, uçuş cədvəlində dəyişikliklərin olacağı bildirilib.