• 10 °C
|

KİV: Almaniya gizli şəkildə Hörmüzdə hərbi iştirak variantlarını araşdırır

9 Aprel 2026
img

Almaniya Hörmüz boğazında təhlükəsizliyin təmin olunması missiyasında iştirak imkanlarını gizli şəkildə nəzərdən keçirir.

Bu barədə "Der Spiegel" məlumat yayıb.

Məlumata görə, Bundesverin, xüsusilə hərbi-dəniz qüvvələrinin mümkün yerləşdirilməsi üzrə planlar hazırlanır.

Rəsmi Berlin açıq şəkildə ehtiyatlı mövqe nümayiş etdirsə də, arxa planda müxtəlif ssenarilər üzərində iş aparılır.