• 27 °C
|

KİV: Almaniya miqrantların deportasiyası ilə bağlı vədini yerinə yetirə bilmədi

16 Avqust 2026
img

Almaniya hökuməti ölkəni tərk etməli olan miqrantların deportasiya sayını artırmaqla bağlı verdiyi vədi yerinə yetirə bilməyib.

“Welt am Sonntag” qəzeti xəbər verir ki, 2026-cı ilin ilk yarısında Almaniyadan 9 663 miqrant deportasiya olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz azdır. Hazırda ölkədə deportasiya qərarı olan 230 mindən çox əcnəbinin yaşadığı bildirilir.

Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt aprel ayında əfqanların Kabula “demək olar ki, hər həftə” deportasiya ediləcəyini açıqlamışdı. Lakin son dörd ay ərzində Əfqanıstana cəmi 96 nəfər göndərilib.

Dublin sazişi çərçivəsində miqrantların ilk daxil olduqları Avropa İttifaqı ölkələrinə qaytarılması planı da ciddi çətinliklərlə üzləşib. İtaliyanın baş naziri Corca Meloni avqustun 19-na planlaşdırılan ilk üç miqrantın qəbulundan imtina edib.

Məlumata görə, Almaniya 2025-ci ildə digər Aİ ölkələrinə təxminən 36 min miqrantın geri qəbul edilməsi ilə bağlı müraciət göndərib, onlardan yalnız 5,4 mini təmin olunub.