• 24 °C
|

KİV: Almaniya müdafiə naziri Kiyevə planlaşdırılmamış səfər edib

12 İyun 2025
img

Almaniyanın müdafiə naziri Boris Pistorius iyunun 12-də səfərlə Ukraynanın paytaxtı Kiyevə gedib.

APA xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.

Onun səfərinin əvvəlcədən elan olunmadığı qeyd olunub.

Nazir səfər zamanı vəziyyətlə tanış olmağı və Ukrayna rəhbərliyi ilə yeni hərbi yardımın göstərilməsini müzakirə etməyi planlaşdırır.