14 İyl 2025
Ukrayna rəsmiləri ABŞ Prezidenti Donald Trampın 14 iyul bəyanatından sonra vəziyyətin dəyişəcəyinə inanmırlar.
APA xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
“Son aylarda Trampı inandırmaq üçün bütün mümkün yolları sınadıq ki, Putin sülh istəmir və hücumları davam etdirəcək. Ümid edirəm, nəhayət o bunu anlayıb”, – deyə Ukrayna hökumətindəki mənbə nəşrə deyib.