• 9 °C
|

KİV: Ukraynanı müharibə dövrünün ən çətin qışı gözləyir

23 Noyabr 2025
img

Ukraynanı münaqişə başlayandan bəri ən sərt və ağır qış gözləyir.

APA xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

"Ukrayna 2022-ci ildən bəri ən soyuq və çətin qışı yaşayacaq. Elektrik kəsintiləri artıq təkcə ucqar kəndlərin deyil, paytaxt Kiyevin də gündəlik həyatının bir hissəsinə çevrilib”, – nəşr qeyd edib.

Məlumata görə, ölkədə elektriklə bağlı problemlərə görə ictimai narazılıq son günlərdə yaşanan korrupsiya qalmaqalının fonunda daha da artıb.