• 26 °C
|

Kiyev yenidən dronların hücumuna məruz qalıb

10 İyun 2025

Rusiya Federasiyası Ukraynanı PUA və raketlərlə kütləvi şəkildə atəşə tutub, Kiyevdə yanğınlar və dağıntılar var.

APA xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Kiyev, Çerniqov və Çerkassı vilayətlərində PUA uçuşlarının qeydə alındığını açıqlayıb.

Bundan başqa Kiyevin bəzi bölgələrində partlayış və dağıntıların olduğu, yanğınların baş verdiyi bildirilir.

Kiyev meri Vitali Kliçki Kiyevin kütləvi şəkildə dron atəşinə tutulduğunu yazıb.

Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.