• 28 °C
|

Kiyevdə PUA qalıqlarının düşməsi nəticəsində ticarət mərkəzində yanğın baş verib

20 Avqust 2026
img

Kiyevin Qolosiivski rayonunda pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində ticarət mərkəzində yanğın baş verib.

APA xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko məlumat verib.

Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, hadisə nəticəsində ilkin olaraq 2 nəfərin yaralandığı, bir nəfərin isə öldüyü bildirilir.

Qeyd edək ki, Rusiya ordusu 19-dan 20-nə keçən gecə boyu Kiyev və ətraf bölgələrinə zərbələr endirib. Hücumlar nəticəsində 15 nəfər ölüb, 39 nəfər yaralanıb, 12 nəfər isə xilas edilib.