• 17 °C
|

Kiyevə raket zərbələri endirilib, yaralılar var

6 Aprel 2025
img

Rusiya Ordusu Kiyevə raket zərbələri endirib.

APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, Qara dənizdən “Kalibr” və “ТУ-95М” bombardmançı təyyarəsindən “Х-101” raketləri buraxılıb.

Bir mebel sexində yanğın baş verib, beşmərtəbəli biznes mərkəzinin 3,4 və 5-ci mərtəbələrində qismən dağıntı olub, 3 avtomobil yanıb.

Raket hücumu nəticəsində 3 nəfər yaralanıb.