• 4 °C
|

Kobaxidze Trampın Gürcüstan-ABŞ münasibətlərini gücləndirəcəyinə ümid edir

21 Yanvar 2025
img

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Donald Trampın ABŞ-də prezidentliyi dövründə Tbilisi-Vaşinqton münasibətlərinin möhkəmlənəcəyinə ümid etdiyini bildirib.

APA xəbər verir ki, hökümət başçısı bu barədə “X” hesabında yazıb.

“Prezident Donald Trampı ikinci prezidentlik müddəti münasibətilə ürəkdən təbrik edirəm. Onun rəhbərliyi qlobal sülhü təmin etməli və gürcü-amerikan münasibətlərini gücləndirməlidir. Bu mühüm yolda sizə uğurlar arzulayıram”, – Kobaxidze vurğulayıb.