• 8 °C
|

Kral III Çarlzın kiçik qardaşı Endryu Vindzor taxt varisliyi sırasından çıxarıla bilər

21 Fevral 2026
img

Böyük Britaniya hökuməti kral III Çarlzın kiçik qardaşı Endryu Mauntbetten-Vindzorun taxt varisliyi sırasından çıxarılması ilə bağlı parlamentə qanun layihəsi təqdim etməyi nəzərdən keçirir.

APA xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Fevralın 20-də "YouGov" şirkətinin dərc etdiyi sorğunun nəticələrinə görə, bu addımı respondentlərin 82 faizi dəstəkləyir.

Belə qərar qəbul edilərsə, Britaniya Birliyinə daxil olan digər dövlətlərlə məsləhətləşmələr aparılmalı olacaq və məsələ ilə bağlı bütün istintaq hərəkətləri başa çatdıqdan sonra mümkün olacaq.

Məlumata görə, Endryu Mauntbetten-Vindzor fevralın 19-da saxlanılıb və dindirilmək üçün polisə aparılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinir.

Bundan əlavə, kralın qardaşı ilə bağlı Böyük Britaniyaya qadınların cinsi istismar məqsədilə gətirilməsi faktı üzrə də istintaq aparılır.