• 28 °C
|

Litvada qasırğa səbəbindən 250 mindən çox abonent işıqsız qalıb

22 Avqust 2026
img

Litvada güclü külək səbəbindən 256 min elektrik enerjisi istehlakçısının işıqsız qaldığı bildirilir.

APA xəbər verir ki, bu barədə ölkənin elektrik paylayıcı şəbəkəsinin operatoru “Energijos skirstymo operatorius” məlumat yayıb.

Məlumata görə, küləyin sürəti saniyədə 28-30 metrə çatır və güclü yağışla müşayiət olunur.

Qasırğa nəticəsində ağaclar aşıb, A­ni­kş­çay rayonunda aşan ağac bir nəfərin ölümünə səbəb olub.