• 19 °C
|

“Lufthansa” gələn yay Almaniyada təxminən 100 reysi ləğv edə bilər

20 Oktyabr 2025
img

Almaniyanın ən böyük aviaşirkəti "Lufthansa" 2026-cı ilin yayında ölkə daxilində hər həftə təxminən 100 reysi ləğv etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə “Lufthansa Group” konserninin rəhbəri Karsten Şpor “Die Welt” qəzetinə müsahibəsində bildirib.

Buna səbəb kimi yüksək vergilər və ödənişlər göstərilir.

Onun sözlərinə görə, 2019-cu ildən bəri Almaniyada fəaliyyət xərcləri iki dəfə artıb.

“Hazırda gəlirlərimizin dörddə üçündən çoxunu xaricdə əldə edirik”, – deyə Şpor vurğulayıb.

O həmçinin xəbərdarlıq edib ki, xərclərin azaldılması ilə bağlı addımlar atılmazsa, reyslərin daha da ixtisarı qaçılmaz olacaq.