16 Mar 2026

Macarıstan Avropa təlimatçılarının Ukraynada Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbçilərinə təlim keçməsini bloklaya bilər.
APA xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşrin məlumatına görə, Ukraynaya yardım missiyası çərçivəsində Avropa İttifaqının 23 ölkəsi, eləcə də Norveç və Kanada təqribən 80 min USQ əsgərini hazırlayıb.
“Lakin missiyanın mandatının dəyişdirilməsi üçün blokun 27 paytaxtının yekdil qərarı tələb olunur ki, bu da Macarıstana veto hüququ verir”, – materialda qeyd olunur