26 Okt 2025

Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaları “dönüş nöqtəsi” adlandırıb.
APA xəbər verir ki, bu barədə o, Sky News telekanalına açıqlamasında bildirib.
“Amerika sanksiyaları, şübhəsiz ki, dönüş nöqtəsidir. Onların effektivliyi Rusiyanın müharibəni maliyyələşdirmə imkanlarına istər-istəməz təsir göstərəcək”, – deyə Makron qeyd edib.
Fransa lideri həmçinin vurğulayıb ki, beynəlxalq ictimaiyyətin vahid və ardıcıl addımlar atması münaqişənin diplomatik yolla həlli üçün əsas şərtdir.