• 10 °C
|

Makron: Fransızlar hibrid informasiya müharibəsinə hazırlaşmalıdırlar

29 Noyabr 2025
img

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, ölkə hibrid informasiya müharibəsinə hazır olmalıdır.

APA xəbər verir ki, o bu haqda öz “X” hesabında açıqlama verib.

"Rusiyanın sabah bizə hücum edəcəyini düşünürəmmi? Xeyr. Amma düşünürəm ki, informasiya müharibəsi, yaxud da deyildiyi kimi, hibrid müharibə var və biz buna hazırlaşmalıyıq", – Makron deyib.

Makron həmçinin bundan qorxmağa ehtiyac olmadığını düşündüyünü bildirib.