Fransa Avropa təhlükəsizliyinin gücləndirilməsi məqsədilə öz nüvə silahlarından istifadə imkanlarını müzakirə etmək üçün Avropa İttifaqına üzv ölkələrlə dialoqa başlamağı planlaşdırır.
APA xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron ölkəsinin ordusuna müraciəti zamanı bildirib.
“Fransanın nüvə qüvvələrinin kollektiv təhlükəsizlikdə oynadığı rolu tam dərk etmək üçün müdafiə nazirinə və Baş Qərargah rəisinə Avropa tərəfdaşlarımızla, bu dialoqa hazır olanlarla, strateji müzakirələrə başlamağı tapşırmışam. Bu ilin sonunda bu mövzuya yenidən qayıdacağam və əldə olunmuş irəliləyiş barədə daha ətraflı məlumat verəcəyəm”, – deyə Makron vurğulayıb.