
Almaniya kansleri Fridrix Merts partiyasının ictimai rəy sorğularındakı nəticələrindən razı olmadığını və hökumətin ölkəni uzunmüddətli şəkildə effektiv idarə etmək üçün zəruri dəstəyi əldə edə bilmədiyini etiraf edib.
Bu barədə “Bild” qəzeti məlumat yayıb.
“Əlbəttə, sorğuların nəticələrindən razı deyilik. Əlbəttə, bu genişmiqyaslı tənqid şəxsən mənə də təsir edir”, – Merts Hannover yaxınlığındakı Langenhagen şəhərində Xristian Demokrat İttifaqının (XDİ) seçki tədbirində çıxışı zamanı bildirib.
Kansler xatırladıb ki, Almaniyanın əvvəlki hökuməti daxilən parçalanmış vəziyyətdə olub və o qədər sürətlə siyasi dəstəyini itirib ki, hakimiyyət dəyişikliyinə ehtiyac yaranıb.
“Bu gün biz də ölkəni uzun müddət ərzində effektiv şəkildə idarə etmək üçün ehtiyac duyduğumuz dəstəyi ala bilmirik”, – Merts etiraf edib.