• 19 °C
|

Merz Bundestaqda Almaniyanın yeni kansleri kimi and içib – YENİLƏNİB2

6 May 2025
img

Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merz Almaniyanın yeni, 10-cu kansleri kimi Bundestaqda and içib.

APA xəbər verir ki, mərasimi “Phoenix” telekanalı yayımlayıb.

Qeyd edək ki, bu gün Almaniya parlamenti səsvermənin ikinci turunda Merzi kansler seçib və prezident Frank-Valter Ştaynmayer ona və kabinet üzvlərinə təyinat məktublarını təqdim edib.

Merz Bundestaqda tələb olunan 316 səsdən 325-ni toplayıb. 289 deputat onun namizədliyinin əleyhinə, 1-i isə bitərəf qalıb.

***

18:20

Fridrix Merz Almaniya Kansleri seçilib.

APA xəbər verir ki, Bundestaq onun namizədliyini ikinci cəhddə təsdiqləyib.

Merz ikinci cəhddə tələb olunan 316 səsdən 325-ni toplaya bilib.

O, ilk cəhddə 310 səs toplamışdı.

***

12:15

Fridrix Merz Almaniyanın növbəti Kansleri olmaq üçün keçirilən seçkilərin ilk turunda səs çoxluğu əldə edə bilməyib.

APA xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Fridrix Merz Almaniya parlamentində səsverməsinin I turunda lazımi səs çoxluğu əldə edə bilməyib.