• 8 °C
|

Merz: Rusiya Aİ-dəki aktivləri Moskva üçün uzun müddət əlçatmaz qalacaq

16 Dekabr 2025
img

Almaniya kansleri Fridrix Merz bildirib ki, Avropada dondurulmuş Rusiya aktivləri uzun müddət ərzində əlçatmaz qalacaq və Moskva yaxın perspektivdə onlara çıxış əldə edə bilməyəcək.

APA xəbər verir ki, O, bu fikirləri Berlində Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.

Kanslerin sözlərinə görə, artıq ilkin qərar qəbul olunub və həmin qərara əsasən Rusiya aktivləri Avropada uzunmüddətli dondurulma rejimində saxlanılacaq.

“Məhz buna görə də nə Rusiya Mərkəzi Bankı, nə də Rusiya dövləti yaxın gələcəkdə bu aktivlərə çıxış əldə edə biləcək”, – Merz vurğulayıb.