• 9 °C
|

NATO Baş katibinin müavini Ermənistanın müdafiə naziri ilə görüşüb

20 Dekabr 2025
img

NATO Baş katibinin müavini Radmila Şekerinska Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb.

APA xəbər verir ki, bu barədə Radmila Şekerinska X-də paylaşım edib.

“Ermənistanın müdafiə naziri Suren Papikyanla müdafiə transformasiyasını müzakirə etmək xoş idi. Ermənistanın davamlı NATO-nun Kosovo Qüvvələri (KFOR) töhfələrini yüksək qiymətləndirirəm. İslahatları dəstəkləməyə hazırıq və gələn il tərəfdaşlığımız üçün yeni bir çərçivə sənədi razılaşdırmağa ümid edirik”, – o qeyd edib.