• 15 °C
|

Niderland parlamentinin aşağı palatasına növbədənkənar seçkilər keçiriləcək

29 Oktyabr 2025
img

Niderlandda oktyabrın 29-da parlamentin aşağı palatası üçün növbədənkənar seçkilər keçiriləcək.

Krallığın konstitusiyasına əsasən, səsvermə bir gün ərzində baş tutacaq. Ölkə üzrə 9 mindən çox seçki məntəqəsi yerli vaxtla saat 07:30-da açılacaq və 21:00-s qədər fəaliyyət göstərəcək.

Niderland mediasının məlumatına görə, bu il xaricdə yaşayan 135 minə yaxın Niderland vətəndaşı səsvermə üçün qeydiyyatdan keçib. Bu, 2023-cü ildəki parlament seçkiləri ilə müqayisədə 25% çoxdur və rekord göstərici sayılır.