• 30 °C
|

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025
img

Ukraynadakı münaqişə yalnız Rusiya və ABŞ arasında razılaşma əldə olunduğu və Rusiya Prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında şəxsi görüş baş tutduğu halda həll oluna bilər.

APA xəbər verir ki, bu fikri Macarıstanın Baş naziri Viktor Orban “Ultrahang” YouTube kanalına müsahibəsində səsləndirib.

Hökumət başçısı qeyd edib ki, onun fikrincə, Rusiya və Amerika prezidentləri danışıqlar masası arxasına əyləşməyənə və Rusiya ilə ABŞ arasında razılıq əldə olunmayana qədər münaqişə bitməyəcək.