• 8 °C
|

Paşinyan Avropa Parlamentindəki çıxışı barədə Gürcüstan tərəfdən xahiş olmayıb

12 Mart 2026
img

Gürcüstan tərəfdən xahiş və ya çağırış olmayıb, lakin digər tərəfdən bizim üzərində çalışdığımız ortaq gündəliyimiz var.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentindəki çıxışında Avropa İttifaqı-Gürcüstan münasibətlərindən niyə bəhs etdiyinə aydınlıq gətirərkən deyib.

O, Avropa Parlamentinin tribunasından narahatlığını ifadə etdiyini vurğulayıb.

"Çünki biz Avropa İttifaqı və Gürcüstan arasındakı vəziyyətdən həqiqətən də narahatıq", – Paşinyan əlavə edib.

Qeyd edək ki, Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib ki, Ermənistanın Aİ-yə inteqrasiyasına ən böyük maneələrdən biri qurumla Gürcüstan arasında siyasi dialoqun dondurulmasıdır. O, Aİ və Gürcüstan arasında konstruktiv prosesin inkişaf etdirilməsini xahiş edib.