
Rusiya tərəfindən Ukraynaya həyata keçirilən kütləvi hücumlar fonunda pilotsuz uçuş aparatı (PUA) Moldovanın hava məkanına daxil olub.
APA xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, hadisə bu gün saat 10:33-də baş verib. PUA Ukraynanın Mayaki yaşayış məntəqəsi istiqamətindən Moldova hava məkanına daxil olaraq, Palanka kəndi yaxınlığında dövlət sərhədini keçib və ölkə ərazisinin təxminən 500 metrliyinə qədər irəliləyib.
Saat 10:34-də pilotsuz uçuş aparatı eyni istiqamətdə geri qayıdaraq Ukraynanın hava məkanına daxil olub.