• 9 °C
|

Polşa höküməti: Ukrayna Aİ və NATO-ya üzvlük perspektivini saxlamalıdır

17 Avqust 2025
img

Polşa hökuməti bəyan edib ki, Ukrayna gələcəyi ilə bağlı, o cümlədən ərazisi, Aİ və NATO-ya qoşulmaq imkanına dair qərarını özü verməlidir.

APA “Ukrinform” agentliyinə istinadən xəbər verir ki, bunu Polşa hökumətinin mətbuat katibi Adam Şlapka deyib.

Şlapka vurğulayıb ki, Avropa liderləri arasında birlik qorunmalı və Ukrayna suveren dövlət olaraq qalmalıdır.

O əlavə edib ki, “ərazi məsələləri” də yalnız Ukraynanın qərarına bağlı olmalıdır.