• 18 °C
|

Polşa XİN rəhbəri ölkədə nüvə silahlarının yerləşdirilməsi ideyasını dəstəkləməyib

19 Noyabr 2025
img

Polşa xarici işlər naziri Radoslav Sikorski Polşada nüvə silahlarının yerləşdirilməsi ideyasını dəstəkləməyib.

APA xəbər verir ki, Sikorski bu barədə “TVP Info” telekanalına müsahibəsi zamanı danışıb.

O, həmçinin Polşanın sabiq prezidenti (1990-1995) Lexa Valensanı Polşa üçün nüvə başlıqları əldə etməyə çalışdığına görə tənqid edib.

"Polşa nüvə silahlarının yayılmaması haqqında müqavilənin tərəfidir", – Sikorski deyib.