• 21 °C
|

Polşa yeni “Abrams” tanklarının ilk partiyasını əldə edib

19 Yanvar 2025
img

Polşa hakimiyyəti Amerikanın “Abrams” tanklarının ilk partiyasını qəbul edib.

APA xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış “X” hesabında məlumat verib.

Yeni tanklar Polşa Ordusunun istismarına veriləcək.

Ümumilikdə Polşa Müdafiə Nazirliyi 250 “Abrams” alıb.