• 16 °C
|

Polşanın BMT-dəki daimi nümayəndəsi ölkədəki siyasi böhran fonunda istefa verib

2 Noyabr 2026
img

Polşanın BMT-dəki daimi nümayəndəsi Kşiştof Şerski səlahiyyət müddətinin vaxtından əvvəl başa çatmasını xahiş edib.

Bu barədə Polşa XİN-in mətbuat katibi Makey Vevyur bildirib.

Polşa XİN rəhbəri Kşiştof Şcherskinin xahişini yerinə yetirib.

Bu ay onun missiyası başa çatacaq.

Qeyd edək ki, Polşada Konstitusiya Tribunalının rəhbərliyi ətrafında yaranmış böhran oktyabrın 30-da qarşıdurmaya çevrilib. Tribunalın sədri Boqdan Şvençkovskinin səlahiyyətlərinin dayandırılmasından sonra bina qarşısında etirazlar keçirilib.

Prezident Karol Navrotski isə baş verənləri konstitusion qurumun zorla ələ keçirilməsi kimi qiymətləndirərək təcili siyasi məsləhətləşmələrə çağırıb.