18 Avq 2026

Yunanıstana məxsus “Skiros” tankeri Rusiya nefti yüklədikdən sonra Qara dənizdə hücuma məruz qalıb.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Hadisə avqustun 16-da Novorossiysk yaxınlığında Xəzər Boru Kəməri Konsorsiumunun terminalının yaxınlığında baş verib.
“Skiros” Suezmax sinfinə aid tankerdir və təxminən 1 milyon barel neft daşıya bilir. Xəzər Boru Kəməri Konsorsiumundan əsasən Qazaxıstan neftinin ixracı üçün istifadə olunsa da, bu dəfə tankerə Rusiya nefti yükləndiyi bildirilir.