• 8 °C
|

Qrenlandiya NATO çərçivəsində hərbi müdafiənin gücləndirilməsinin vacibliyini bəyan edib

13 Yanvar 2026
img

Qrenlandiya hökuməti yanvarın 12-də NATO çərçivəsində ərazinin müdafiə tədbirlərinin gücləndirilməsi niyyətini açıqlayıb və ABŞ Prezidenti Donald Trampın adanın mümkün alınması ilə bağlı ideyalarını rədd edib.

APA xəbər verir ki, bu barədə “DR” məlumat yayıb.

Məlumata görə, Donald Trampın Qrenlandiyanı “almağa” dair dəfələrlə səsləndirdiyi bəyanatlar fonunda adanın hakimiyyəti bu cür niyyətlərin qəbuledilməz olduğunu vurğulayıb.

Qrenlandiya rəsmiləri təhlükəsizliyin təmininin NATO müttəfiqləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilməli olduğunu bildiriblər.