30 Okt 2025

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İranın nüvə silahı hazırlamağa davam etməsi ilə bağlı heç bir məlumatı olmayıb və hazırda da yoxdur.
APA xəbər verir ki, bunu qurumun baş direktoru Rafael Qrossi BMT-nin qərargahında keçirilən mətbuat konfransında deyib.
"Onların nüvə silahı hazırlamağa davam etməsi ilə bağlı hər hansı bir məlumatımız varmı? Olmayıb və yoxdur, mən bu barədə tamamilə aydın olmaq istəyirəm", – deyə o bildirib.