• 29 °C
|

Qrossi: Şərtlər imkan verən kimi İranda yoxlamaları davam edəcəyik

20 İyun 2025
img

Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyi (AEBA) ölkədəki təhlükəsizlik şəraiti imkan verən kimi, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq İranda yoxlamalar aparmağa davam edəcək.

APA xəbər verir ki, bunu qurumun baş direktoru Rafael Qrossi deyib.

"Agentlik İrandadır və orada qalacaq. İranda təhlükəsizlik tədbirləri üzrə yoxlamalar təhlükəsizlik şərtləri imkan verən kimi Tehranın NPT üzrə öhdəliklərinə uyğun olaraq davam edəcək", – o deyib.