• 10 °C
|

“Ramştayn”ın növbəti iclası fevralın 12-də keçiriləcək

30 Yanvar 2026
img

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu – “Ramştayn” formatının növbəti iclası 12 fevralda NATO-nun baş qərargahında keçiriləcək.

APA xəbər verir ki, bu barədə Alyansın mətbuat xidməti məlumat yayıb.

“2026-cı il fevralın 12-də Böyük Britaniya və Almaniya Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun yığıncağını NATO-nun baş qərargahında keçirəcəklər”, – açıqlamada bildirilib.

Təmas Qrupunun əvvəlki – sayca 32-ci yığıncağı dekabrın 16-da videokonfrans formatında keçirilib.

O vaxt Böyük Britaniya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün 600 milyon funt sterlinq məbləğində hərbi yardım ayıracağını, Almaniya isə “Sidewinder” raketlərini göndərəcəyini açıqlayıb.