• 10 °C
|

Robert Fitso: Slovakiya Ukraynada hərbçi yerləşdirməyəcək

6 Sentyabr 2025
img

Slovakiya Ukraynada heç bir hərbçisini yerləşdirməyəcək.

APA RBK-ya istinadən xəbər verir ki, bu barədə Slovakiya Baş naziri Robert Fitso bildirib.

“Bununla belə, məsələn, logistik olaraq təhlükəsizlik zəmanətlərinin həyata keçirilməsində kömək edə bilərik. Mən nəqliyyat marşrutlarının istifadəsindən danışıram”, – Baş nazir qeyd edib.