24 Dek 2025

Roma Papası XIV Leo Rusiyanın Ukraynada Milad bayramı münasibətilə atəşkəsdən imtina etməsindən məyus olduğunu bildirib və yenidən 24 saatlıq sülhə çağırış edib.
APA xəbər verir ki, bu barədə “Vatican News” məlumat yayıb.
“Bir daha bütün xoş niyyətli insanlara müraciət edirəm: heç olmasa Xilaskarın doğum bayramında bir gün sülhə əməl edək”, – XIV Leo tərəflərə müraciət edib.