Rumıniya Prezidenti vəzifəsini icra edən İlie Bolojan ölkəsinin Ukraynaya hərbçi göndərmək niyyətində olduğunu heç vaxt deməyib.
APA xəbər verir ki, bu barədə onun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Kristian Dyaakonesku açıqlama verib.
Müşavirin sözlərinə görə, sosial şəbəkələrdə prezidentə aid edilən bəzi yanlış və yalan məlumatların fonunda bu izahatın verilməsinə ehtiyac yaranıb.
Açıqlama prezident administrasiyasının rəsmi saytında yerləşdirilib.
“Prezidenti əvəz edən şəxs heç bir rəsmi və ya qeyri-rəsmi kontekstdə Rumıniyanın Ukraynaya hərbçi göndərməyə hazır olduğu və ya bunu planlaşdırdığı barədə fikir söyləməyib”, – deyə Dyaakonesku vurğulayıb.