14 Avq 2026

Rumıniyada Ukrayna iləsərhəddən 5 kilometr aralıda meşəlik əraziyə PUA düşüb.
APA xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkənin cənub-şərqində Luncavita kəndinə düşən dron çox hündürlükdən uçmadığı üçün radar sistemləri tərəfindən aşkarlanmayıb.
İlkin məlumata görə, insan tələfatı baş verməyib.
Qeyd edək ki, Rumıniya Ukrayna ilə 614 kilometrlik quru sərhədinə malikdir.
Xatırladaq ki, indiyə qədər Rusiya dronları bir neçə dəfə Rumıniya hava sahəsini pozub.