• 10 °C
|

Rusiya ordusu Kiyevi raket atəşinə tutub, bir çox bölgədə dağıntılar var

29 Noyabr 2025
img

Ukraynanın paytaxtı Kiyev Rusiya ordusunun hava hücumlarına məruz qalıb.

APA xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Onun sözlərinə görə, hücum şəhərin müxtəlif yerlərində ən azı altı yerə ziyan vurub. Bunlara çoxmərtəbəli binalar və fərdi evlər daxildir. Hücumlar nəticəsində yaralıların olduğu bildirilir.

"Hazırda Rusiya hücumunun nəticələrini iki yerdə – Darnitski və Şevçenkivski rayonlarında görürük. Bundan başqa çoxmərtəbəli yaşayış binasına da ziyan dəyib. Təfərrüatları təsdiqləyirik", – o bildirib.

O bildirib ki, ruslar yenidən paytaxta kütləvi hücum ediblər. Paytaxtda hava hücumundan müdafiə sistemləri aktivdir.

Şəhərin meri Vitali Kliçko isə hücumların Solomyanski rayonunda 25 mərtəbəli yaşayış binasının birinci və ikinci mərtəbələrində yanğına səbəb olduğunu bildirib.