• 14 °C
|

Rusiya ordusu Krivoy Roqu ballistik raketlərlə atəşə tutulub, 42 nəfər yaralanıb

21 Noyabr 2026

Ukraynanın Krivoy Roq şəhəri raket hücumuna məruz qalıb.

APA xəbər verir ki, ballistik raketin düşməsi nəticəsində 42 nəfər yaralanıb. Yaralılar arasında uşaqların da olduğu bildirilir.

Hadisə zamanı yaralanan şəxslərin 27-sinin vəziyyəti ağırdır.

Hücum nəticəsində şəhərdə bir xəstəxana və 23 yaşayış binasına ziyan dəyib.