• 7 °C
|

Rusiya ordusu Ukraynanı bombalayıb, 4 nəfər ölüb

10 Mart 2026
img

Rusiya ordusu Ukraynanın Slovyansk şəhərinin mərkəzinə aviabomba atıb.

APA xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb.

Məlumata görə, şəhərə atılan aviabombalardan birinin çoxmərtəbəli yaşayış binasına düşməsi nəticəsində 4 nəfər ölüb, biri uşaq olmaqla 16 nəfər yaralanıb.

Bildirilir ki, ümumilikdə üç aviabombanın partlaması nəticəsində şəhərdə altı çoxmərtəbəli binaya ziyan dəyib.