• 29 °C
|

Rusiya ordusu Xarkova raket zərbəsi endirib, 10 nəfər ölüb

18 Avqust 2026

Rusiya ordusu Xarkov regionuna raket zərbəsi endirib, nəticədə 10 nəfər ölüb.

Bu barədə “Ukrainskaya Pravda” regional polis şöbəsinə istinadən xəbər verib.

Bildirilib ki, raket hücumu nəticəsində daha 8 nəfər xəsarət alıb.

Ümumilikdə 10 evə, bir kafeyə, poçt ofisinə, bir dükana və azı 7 avtomobilə maddi ziyan dəyib.