• 8 °C
|

Rusiya ordusu Xarkova zərbə endirib, 4 nəfər ölüb

13 Yanvar 2026
img

Rusiya ordusunun Xarkovda poçt terminalına hava zərbəsi nəticəsində dörd nəfər ölüb, altı nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “RBK-Ukraine” Xarkov vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbova istinadən məlumat yayıb.

Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətindən bildirilib ki, terminala endirilən zərbə nəticəsində ətrafdakı binalar dağılıb və ümumi sahəsi təxminən 500 kvadratmetr olan bir neçə yanğın ocağı yaranıb.

“Xidmətin əməkdaşları 30 nəfəri xilas edib, onlardan ikisi dağıdılmış binanın konstruksiyalarının altından çıxarılıb”, – qurumdan bildirilib.