• 25 °C
|

Rusiya PUA-ları Ukraynaya hücum edib, 5 nəfər ölüb, yaralılar var

5 İyun 2025
img

Ötən gecə Rusiya Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Ukraynaya hücumu olub.

APA currenttime.tv-yə istinadən xəbər verir ki, nəticədə Çerniqov vilayətində beş nəfər həlak olub.

Ölənlərdən biri körpədir.

Xarkov şəhərində isə PUA-ların iki çoxmənzilli evə çırpılması nəticəsində 13 nəfər yaralanıb.