• 27 °C
|

Rusiya Sumı şəhərinə zərbə endirib

18 Oktyabr 2025
img

Rusiya ordusu növbəti dəfə Sumı şəhərini dronlarla hədəfə alıb.

APA xəbər verir ki, bu barədə “RBC-Ukraine” məlumat yayıb.

Hücum nəticəsində şəhərin dəmiryolu infrastrukturuna ziyan dəyib.

Sərnişin vaqonlarının və vağzal binasının pəncərələri sınıb.

İlkin məlumatlara görə, xəsarət alan olmayıb.