02 Yan 2026

Rusiya ordusu Xarkova raket zərbəsi endirib, nəticədə 16 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yulia Siviridenko özünün “X” hesabında məlumat verib.
O bildirib ki, hazırda əlaqədar qurumlar ərazidə axtarış-xilasetmə tədbirləri həyata keçirir.
Xarkovun meri İqor Terexov isə bildirib ki, raket hücumu yaşayış binasını hədəfə alıb. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.