• 7 °C
|

Rusiya Zaporojye vilayətinə hücum edib, 2 nəfər ölüb

29 Yanvar 2026
img

Ötən gecə Rusiya Zaporojye vilayətinin Volnyansk şəhərinə hücum edib.

APA UNİAN-a istinadən xəbər verir ki, hücum nəticəsində mülki əhali arasında ölənlər var.

Qeyd edək ki, Rusiya qoşunları Zaporojye rayonunu zərbə PUA-ları ilə hədəfə alaraq Volnyanskın fərdi yaşayış sektoruna zərbələr endirib.

Nəticədə evlər dağılıb, yanğınlar baş verib, iki qadın və bir kişi həlak olub, daha bir kişi yaralanıb.