Rusiyanın Ukraynaya hücumu nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə Kiyev şəhəri hərbi administrasiyasının rəisiTimur Tkaçenko “Telegram”da bildirib.
***
12:30
Rusiyanın Ukraynaya hücumu nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
APA xəbər verir ki, bununla bağlı Ukrayna prezidenti Volodimir Zelenski özünün “X” hesabında məlumat verib.
Onun sözlərinə görə, ölənlərdən 3 nəfəri uşaqlardır.
Zelenski Avropa İttifaqı nümayəndəliyinin Kiyevdəki binasının hədəfə alındığına toxunaraq, Rusiyaya qarşı təzyiqin artırılmalı olduğunu deyib.
***
11:28
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə Kiyev şəhəri hərbi administrasiyasının rəisiTimur Tkaçenko “Telegram”da bildirib.
***
11:14
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 10-a çatıb.
APA xəbər verir ki, bu barədə Kiyev şəhəri hərbi administrasiyasının rəisiTimur Tkaçenko “Telegram”da bildirib.
Onun sözlərinə görə, 48 nəfər xəsarət alıb.
Ukraynanın daxili işlər naziri İqor Klimenko qeyd edibki, Kiyevdə Rusiyanın şəhərə hücumundan sonra dağıntılar altından üç nəfəri sağçıxarmaq mümkün olub.
Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin sözçüsü Svetlana Vodolaganın sözlərinə görə, hündürmərtəbəli binaların dağıntıları altında 9 nəfər ola bilər. Ancaq bu insanların tətil zamanı mənzillərində olub-olmadığı qəti şəkildə bilinmir.